“Arsenal”da qalmağın mənim üçün yaxşı olacağını düşünürəm, amma…” – Sebalyos

İcarə əsasında “Arsenal”da çıxış edən Dani Sebalyos açıqlama verib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, müqavilə ilə “Real”a məxsus olan 23 yaşlı futbolçu, karyerası ilə bağlı bunları deyib:

“Reallıq budur ki, “Arsenal”da xoşbəxtəm. “Arsenal” bir illik təcrübəyə sahib olduğum klubdur. Burda qalmaq mənim üçün asan olar. “Arsenal”da qalmağın mənim üçün yaxşı addım olacağını düşünürəm, amma təbii ki, gələcəyim “Real”dan asılıdır və onların qərarının nə olduğunu bilmirəm. Mövsüm bitdikdən sonra “Real”a qayıtmalıyam, klubla daha üç illik müqaviləm var. “Real”ın qərarını öyrəndikdən sonra ailəmlə gələcəyimi müzakirə edəcəyik və mənim üçün ən yaxşısına qərar verəcəyik”.

Sebalyosun “Arsenal”la icarə müqaviləsi mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button