“Arsenal”da ayrılıq

İngiltərənin “Arsenal” klubu müdafiəçisi Sokratis Papastatopulosla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yunanıstan yığmasının üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 33 yaşlı oyunçu “Arsenal”a 2018-ci ildə Almaniyanın “Borussiya” (Dortmund) klubundan keçmişdi. O, London təmsilçisinin heyətində 69 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button