“Arsenal”ın əldən buraxdığı futbolçu

“Arsenal” Morqan Rocersin transferində əsas namizəd olsa da, “Aston Villa”nın tələb etdiyi məbləği ödəmək istəməyib.

Komanda.az “The Times”-a istinadən xəbər verir ki, “topçular” 24 yaşlı yarımmüdafiəçi üçün tələb olunan 120 milyon funt-sterlinqi (təxminən 141 milyon avro) ödəməyə razı olmayıb.

“Arsenal” ingiltərəli futbolçuya görə təxminən 80 milyon funt-sterlinq (94 milyon avro) təklif etməyə, hətta məbləği daha da artırmağa hazır olsa da, son qiyməti qəbul etməyib. Nəticədə, Rocers 117 milyon funt-sterlinq (138 milyon avro) qarşılığında “Çelsi”yə keçib.

“Aston Villa” rəhbərliyi “Arsenal”ın vasitəçilər üzərindən qeyri-rəsmi danışıqlar aparmasından da narazı qalıb. “Çelsi”nin sahibləri isə “Aston Villa”nın tələb etdiyi məbləği ödəməyə razılıq veriblər. Baş məşqçi Xabi Alonso da Morqanla söhbət edib və onun universallığını yüksək qiymətləndirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button