“Arsenal” “Mançester Yunayed”ə uduzdu

İngiltərə Premyer Liqasında 6-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 qarşılaşma baş tutub.

Yeddi qolun qeydə alındığı “Brayton” – “Lester Siti” matçında meydan sahibləri darmadağına seviniblər.

Son oyunda isə “Mançester Yunayted”lə “Arsenal” üz-üzə gəlib. Dörd qolluq qarşılaşma mançesterlilərin inamlı qələbəsiylə yekunlaşıb.

6 turdan sonra 15 xala malik “Arsenal” zirvədə qərarlaşıb. Son çempion “Mançester Siti” ilə “Tottenhem”in hesabında 14 xal var. “Brayton” 13 xalla 4-cü, “Mançester Yunayted” 12 xalla 5-ci, “Çelsi” 10 xalla 6-cı, “Liverpul” 9 xalla 7-cidir. 

İngiltərə Premyer Liqası, 6-cı tur
3 sentyabr

Everton – Liverpul 0:0

Brentford – Lids 5:2
Qol: Touni, 30-pen; 43; 58. Mbeumo, 82. Vissa, 90+2 – Sinisterra, 45+2, Roka, 79.

Tottenhem – Fulhem 2:1
Qol: Hoyberq, 40. Keyn, 75 – Mitroviç, 83.

Vulverhempton – Sauthempton 1:0
Qol: Podense, 45+1.

Nottingem Forest – Bornmut 2:3
Qol: Kuyate, 33. Conson, 45+2-pen – Billinq, 51, Solanke, 63, Antoni, 87.

Nyukasl – Kristal Pelas 0:0

Çelsi – Vest Hem 2:1
Qol: Çiluell, 76, Haverts, 88 – Antonio, 63.

Aston Villa – Mançester Siti 1:1
Qol: Beyli, 74 – Haland, 50.

4 sentyabr

Brayton – Lester Siti 5:2
Qol: Tomas, 10-öz qapısına. Kaysedo, 15. Trossar, 64. Makallister, 71-pen; 90+7 – İheanaço, 1. Daka, 33.

Mançester Yunayted – Arsenal 3:1
Qol: Antoni, 35. Reşford, 66; 75 – Saka, 60.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button