Ançelottini təəccübləndirən qorxaqlıq

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Arsenal”a 0:2 hesabı ilə məğlub olan “Napoli”nin baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis, futbolçuların qorxaq oyun göstərdiyini deyib:

“Bu gün göstərdiyimiz oyuna təəccübləndim, çünki futbolçulardan cəsarətli oynamalarını istəmişdim. Bunun əvəzinə, onlar qorxaq və narahat oynadılar. Rəqib bundan istifadə edərək, bizi cəzalandırdı. Oyun ərzində çox səhv etdik, bu qədər asan qollar buraxmağımız təəccüblüdür.

“Arsenal” məğlubedilməz rəqib deyil. Cavab oyunu çətin olacaq, amma turu keçmək mümkünsüz deyil. Azarkeşlərimizin cavab matçında vacib rol oynayacağını, bu qorxunun və narahatlığın öhdəsindən gəlməyə kömək edəcəyini düşünürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button