
İngiltərə klubu Leaonu transfer etmək istəyir – Yayda
“Milan”ın vingeri Rafael Leao İngiltərənin top-klublarından birinə keçə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Football Transfers” məlumat yayıb.
“Arsenal” 26 yaşlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir. “Qırmızı-qaralar” isə portuqaliyalı oyunçunu yalnız 75–80 milyon avro təklif olunarsa, buraxmağa hazırdır.
Leaonun “Milan”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. O, cari mövsümdə 20 oyuna çıxaraq, 9 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



