“Arsenal” üçün Londona getdi

“Arsenal” klubu “Valensiya”nın sabiq baş məşqçisi Marselino Qarsiya Toralla danışıqlara başlayacaq.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, Toralın artıq “topçular”la danışıqlar aparmaq üçün Londona yollandığı bildirilib.

Toralla danışıqlar müsbət yöndə olacağı halda, ispan mütəxəssislə rəsmi müqavilə imzalanacaq. Son olaraq “Valensiya”nı çalışdıran Toral, “yarasalar”ın rəhbərliyi ilə fikir ayrılığının olması səbəbindən qovulmuşdu.

“Arsenal” bir müddət əvvəl baş məşqçisi Unay Emeri ilə yollarını ayırıb və onun vəzifəsini müvəqqəti olaraq Fredrik Lunqberq yerinə yetirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button