Özil üçün təklif gəldi, “Arsenal” imtina etdi

“Arsenal” klubu qış transfer pəncərəsinin son günündə Məsut Özil üçün təklif alıb.

Komanda.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb. Xəbərdə, Qətərdən bir klubun Özil üçün yaxşı təklif göndərdiyi, ancaq “topçular”ın “yox” cavabı verdiyi bildirilib.

Buna səbəb, “Arsenal”ın transferin son günündə Özilə əvəzləyici tapa bilməyəcəyi olub.

2013-cü ildən “Arsenal”da çıxış edən Özilin müqaviləsi 2021-ci ilin yayına qədərdir. Türk əsilli almaniyalı futbolçu bu mövsüm Premyer Liqada 14 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button