“Arsenal” “Mançester Siti”nin müdafiəçisi ilə maraqlanır

“Arsenal” “Barselona”da icarə əsasında çıxış edən “Mançester Siti”nin cinah müdafiəçisi Joao Kanselonu transfer etməkdə maraqlıdır.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, İngiltərə klubu yayda portuqaliyalı futbolçunu transfer etmək niyyətindədir.

Daha əvvəl mediada Kanselonun özünün karyerasını “Barselona”da davam etdirmək istədiyi barədə məlumatlar yayılıb. Lakin Kataloniya klubunun müdafiəçi ilə müqavilə bağlamama ehtimalı var.

29 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 32 matçda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button