“Arsenal” italiyalı müdafiəçi ilə maraqlanır

İtaliya millisinin və “İnter”in müdafiəçisi Alessandro Bastoni karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, “Arsenal” 26 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.

Milan təmsilçisi də öz növbəsində, danışıqlara açıqdır. Onlar Bastoninin satışından 90-100 milyon avro qazanmağı gözləyirlər. Oyunçunun “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

İtaliyalı müdafiəçi 2017-ci ilin yayından bəri “İnter”də çıxış edir. O, bu mövsüm 33 oyunda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button