“Arsenal” “Çelsi”yə, “Liverpul” “Tottenhem”ə qalib gəldi

İngiltərə Premyer Liqasında 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 5 qarşılaşma baş tutub.

“Çelsi” “Arsenal”la ev oyunundan məğlub ayrılıb. Səfərdə “Aston Villa”nın qonağı olan “Mançester Yunayted” də turu məğlubiyyətlə başa vurub. “Liverpul” “Tottenhem”lə səfər oyunundan qalib ayrılıb. 

15 turdan sonra 34 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 32 xalla ikinci, “Nyukasl” isə 27 xalla üçüncüdür. “Tottenhem”in 26, “Mançester Yunayted”in 23, “Brayton”la “Çelsi”nin 21, “Liverpul”un isə 19 xalı var.

İngiltərə Premyer Liqası
15-ci tur

5 noyabr

Lids – Bornmut 4:3
Qol
: Rodriqo, 3-pen. Qrinvud, 60. Kuper, 68. Sammervill, 84 – Tavernye, 7. Billinq, 19. Solanke, 48.

Mançester Siti – Fulhem 2:1
Qol
: Alvares, 17. Haland, 90+5-pen – A.Pereyra, 28-pen.

Nottingem Forest – Brentford 2:2
Qol
: Gibbs-Uayt, 20. Zanka, 90+6-öz qapısına – Mbeumo, 45+3. Vissa, 75.

Vulverhempton – Brayton 2:3
Qol
: Qedes, 12. Neves, 35-pen – Lallana, 10. Mitoma, 44. Qross, 83.

Everton – Lester Siti 0:2
Qol
: Tilemans, 45. Barnes, 86.

6 noyabr

Çelsi – Arsenal 0:1
Qol
: Qabriel, 63.

Aston Villa – Mançester Yunayted 3:1
Qol
: Beyli, 7. Din, 11. Remsi, 49 – Remsi, 45-öz qapısına.

Sauthempton – Nyukasl 1:4
Qol
: Perro, 89 – Almiron, 35. Vud, 58. Uillok, 62. Gimaraeş, 90+1.

Vest Hem – Kristal Pelas 1:2
Qol
: Benrahma, 20 – Zaha, 41. Olise, 90+4.

Tottenhem – Liverpul 1:2
Qol
: Keyn, 70 – Salah, 11; 40.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button