Venger: “Arsenal” bu mövsüm çempion olacaq”

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger London təmsilçisinin cari mövsümdəki çıxışını dəyərləndirib.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, o, “topçular”ın İngiltərə Premyer Liqasını qazanacağını deyib:

“Məncə, “Arsenal” bu mövsüm İngiltərə çempionu olacaq. Çünki təhlükə yarada biləcək bütün rəqibləri arxada qoyublar. Yalnız “Mançester Siti” real təhlükə olaraq qalır. “Şəhərlilər” keçənilki qədər üstünlük təşkil etmirlər. Onlar əvvəlki illərlə müqayisədə bu il müdafiədə daha həssas olublar”.

“Arsenal” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə 51 xalla başçılıq edir. Onların ən yaxın izləyicisi isə 48 xala malik “Mançester Siti”dir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button