
“Arsenal” braziliyalı futbolçu ilə danışıq aparıb
“Arsenal” “Korintians”ın yarımmüdafiəçisi Breno Bidonla ilkin danışıqlar aparıb.
Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, “Çelsi”nin bu transferə müdaxilə edə biləcəyi bildirilir. Amma “topçular” braziliyalı futbolçunu transfer etmək üçün ən yaxın mövqedədir.
“Korintians”la müqaviləsində Bidon üçün 100 milyon avro məbləğində çıxış maddəsi göstərilib. Ancaq San Paulo klubu 20 yaşlı futbolçunun perspektivini real qiymətləndirir və yayda onu 30 milyon avroya satmağa razı ola bilər.
Bidon 2024-cü ilin martından etibarən “Korintians”ın əsas komandasında çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 107 matçda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin sonuna qədərdir.
Bizi Facebook-da izləyin



