
“Arsenal” 90 milyon avroluq futbolçu üçün sorğu göndərib
“Leyptsiq”in vingeri Yan Diomande karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fil Dişi Sahili millisinin 19 yaşlı futbolçusu ilə “Arsenal” maraqlanır. “Topçular” artıq Diomandenin transferi ilə bağlı Almaniya təmsilçisinə ilkin sorğu göndərib.
Bundan əvvəl mətbuatda PSJ-nin də Diomandeni heyətinə qatmaq istədiyi bildirilmişdi. “Transfermarkt” portalı onun bazar dəyərini 90 milyon avro qiymətləndirir. Futbolçunun “Leyptsiq”lə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.
Diomande ötən mövsüm bütün turnirlərdə 36 oyunda meydana çıxaraq, 13 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



