Arşavin də Bakıya gələcək

Rusiya millisinin sabiq üzvü Andrey Arşavin Bakıya səfər edəcək.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, millinin sabiq kapitanı martın 3-də, saat 11:00-da Bakıda, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşmada iştirak edəcək.

Rusiya millisinin kapitanlıq sarğısını daşımış təcrübəli yarımmüdafiəçi İngiltərədə “Arsenal” forması ilə göstərdiyi oyun və vurduğu qollarla azarkeşlərin ürəyini fəth edib. “Zenit”in yetirməsi olan Arşavin 2007-ci ildə doğma klubu ilə UEFA Kubokunu da başı üzərinə qaldırıb, üstəlik, həmin finalın ən yaxşı oyunçusu seçilib.

Eydur Qudyonsen, Maykl Essyen, Anderson Luis de Souza (Deku), İrji Dudek, Revaz Arveladze, Nihat Kahveci, yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanov və digər futbol ulduzlarının iştirakı ilə keçiriləcək oyunda hər komandadan 5 oyunçu meydana çıxacaq, 1 oyunçu isə ehtiyat oyunçular skamyasında əyləşəcək. Komandanın heyətinə bir nəfər Region Liqasından, 2 nəfər isə müsabiqə yolu ilə seçiləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button