Arif Həsənovun xatirəsinə həsr olunan futbol turnirinin qalibi müəyyənləşdi FOTOLAR

Abşeron rayonu Mehdiabad qəsəbəsində keçirilən futbol üzrə xatirə turniri başa çatıb.

Komanda.az xəbər verir ki, “Mehdiabad” Futbol Klubunun təşəbbüsü ilə ənənəvi təşkil edilən turnir bu il tanınmış ziyalı, qəsəbənin 1 nömrəli tam orta məktəbinin tarix müəllimi olmuş  Arif Həsənovun xatirəsinə həsr olunub. 6 komandanın iştirakı ilə keçirilən yarışların final mərhələsində qəsəbənin gənclərdən ibarət “Xəmsə” və orta yaş təmsilçilərinin formalaşdırdığı “Turan” komandaları qarşılaşıb. Oyunun əsas və əlavə vaxtlarında hesab açılmayıb. Qalib penaltilər seriyası nəticəsində müəyyənləşib. “Turan” komandası 6:5 hesabı ilə qalib gəlib.

Turnirin bağlanış mərasimində Arif Həsənovun ailə üzvləri, qəsəbə ziyalıları, təhsil ocaqlarının müəllim və şagird kollektivləri, dostları iştirak ediblər. Tədbirdə nitq söyləyənlər Arif Həsənovun xatirəsinin qəlblərdə daim yaşayacağını bildirib, mərhum ziyalımızın təhsilin inkişafı, gənclərin yüksək savad almaları istiqamətində gördüyü işlərdən danışıb, onun müəllim peşəsinin nüfuzunu uca tutduğunu diqqətə çatdırıblar.

Turnirin qalibi – “Turan” komandasına kubok verilib. Hər 3 komanda Mehdiabad FK tərəfindən medal və diplomlarla mükafatlandırılıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button