Ölkə prezidenti Messinin şəxsi təyyarəsini icarəyə götürdü

Argentinanın prezidenti Alberto Fernandes “Barselona”nın futbolçusu Lionel Messinin şəxsi təyyarəsini icarəyə götürüb.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Fernandes Messiyə dörd günlük icarə haqqı olaraq 160 min dollar ödəyib.

Argentina prezidenti Meksikanın müstəqilliyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün Messinin təyyarəsini götürüb.