“Boka Xuniors”un 19 əməkdaşı koronavirusa yoluxdu!

Argentinanın “Boka Xuniors” klubunun 19 üzvündə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Virusa yoluxan şəxslərin vəzifələri və adları məlum deyil. Komandanın məşqləri 72 saatlıq dayandırılıb.

“Boka Xuniors” sentyabrın 17-də Libertadores kubokunda mübarizəyə başlayacaq. Argentina təmsilçisi “Libertad”la (Paraqvay) matça qədər tam heyətini təqdim edə bilməsə, texniki məğlubiyyət ala bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button