Argentinalı hücumçu “Mançester Siti”ni “Çelsi”yə dəyişə bilər

Argentina millisinin və “Mançester Siti”nin hücumçusu Xulian Alvares İngiltərənin başqa top-klubuna keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” argentinalı hücumçunu öz sıralarına cəlb etmək istəyir.

Alvares özü də əsas oyunçu olacağı komandaya keçmək istəyir. Dünya çempionu Pep Qvardiolanın komandasındakı oyun müddətindən razı deyil.

Alvares ötən mövsüm 54 matçında iştirak edib. O, 19 qol vurub, 13 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button