Argentinalı hücumçu La Liqa klubunda

İspaniyanın “Espanyol” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi argentinalı hücumçu Conatan Kalyerini heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı forvard Uruqvayın “Deportivo Maldonado” klubundan 1 illik icarəyə götürülüb. Amma mövsümün sonunda Kataloniya təmsilçisi 25 milyon avro ödəməklə onun transfer hüquqlarına da yiyələnməlidi.

“All Boys”un yetirməsi olan Kalyeri, “Deportivo Maldonado”ya keçənə qədər “Boka Xuniors”da da çıxış edib. Maraqlıdı ki, Uruqvay klubuna 2016-cı ildə keçən Conatan bu komandada heç bir rəsmi oyun keçirməyib. O, həmin ildən bəri “San Paulo”, “Vest Hem”, “Las Palmas” və “Alaves” klublarında icarədə oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button