Argentinalı futbolçu Premyer Liqa klubunda

İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi argentinalı futbolçu Aleksis Makallisteri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı yarımümdafiəçiylə 4,5 illik müqavilə imzalanıb. “Brayton” Aleksis üçün klubu “Argentinos Xuniors”a 8 milyon avro ödəyib.

Argentinalı futbolçu mövsümün sonunda “Brayton”a qoşulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button