“Messi mənim etdiklərimi edə bilməzdi” – Maradonadan özünə “bəy tərifi”

Argentina millisinin və “Napoli”nin sabiq futbolçusu Dieqo Maradona, “Barselona”nın kapitanı Lionel Messinin Çempionlar Liqasının 1/8 finalının “Napoli” ilə ilk matçında (1:1) sərgilədiyi oyun haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Maradona, həmyerlisi haqda bunları deyib:

“Messi mənim Neapolda yaşadıqlarımı yaşamayıb. “Napoli”də möhtəşəm oynaya bilərdi, ancaq mənim etdiklərimi edə bilməzdi. “Napoli”nin bir Messisinin olmasını istəyərdim”.

Maradona hazırda Argentinanın “Ximnasiya” komandasını çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button