Argentina millisinin və MS-nin sabiq üzvü karyerasını başa vurdu

Futbol üzrə Argentina millisinin sabiq müdafiəçisi Pablo Sabaleta karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, 35 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat verib. O, 18 illik karyerasını bitirdiyini bəyan edib.

Qeyd edək ki, Sabaleta peşəkar karyerasına yetirməsi olduğu “San Lorenso” klubunda başlayıb. 2005-ci ildə onu İspaniyanın “Espanyol” klubu transfer edib. 2008-2017-ci illər aralığında isə Pablo daha çox məşhurlaşdığı “Mançester Siti”nin uğurları üçün çalışıb. Təcrübəli futbolçu son olaraq İngiltərənin “Vest Hem” klubunun formasını geyinib. Argentinalı futbolçu ölkəsinin yığmasında 58 oyun keçirib.