Argentina millisinin sabiq üzvü MLS klubunda

Argentina yığmasının sabiq müdafiəçisi Emiliano İnsuanın yeni klubu müəyyənləşib.

Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu MLS təmsilçisi “Los Anceles Qalaksi”yə transfer olunub.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Amma ABŞ təmsilçisi müqavilənin detallarını açıqlamayıb.

“Boka Xuniors”un yetirməsi olan sol cinah müdafiəçisi karyerası ərzində “Liverpul”, “Qalatasaray”, “Sportinq”, “Atletiko” (Madrid), “Rayo Valyekano” və “Ştutqart” klublarında çıxış edib. O, bu mövsüm “Ştutqart”ın heyətində Bundesliqada 6 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button