Messi: “Qələbə ilə başlamaq istəyirdik”

Argentina millisinin kapitanı Lionel Messi Amerika kubokunun qrup mərhələsinin ilk turunda Çiliyə qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Messi, 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Oyun çətin keçdi. Sakit idik, topa daha çox nəzarət etməli və sürətli hücuma çıxmalıydıq. Penalti zərbəsi oyunu dəyişdirdi.

Qələbə ilə başlamaq istəyirdik. İndi qarşıda Uruqvayla çətin oyun var. Bütün diqqətimiz bu matçdadır”.

Argentina – Uruqvay matçı iyunun 19-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button