
DÇ-2026: “Düşünürəm ki, Argentina millisini məğlub edəcəyik”
İngiltərə millisinin sabiq hücumçusu Yan Rayt 2026-cı il dünya çempionatının yarımfinalında Argentina yığması ilə keçiriləcək oyun barədə proqnozunu açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qələbə qazanacaqlarına inanır:
“Düşünürəm ki, Argentina millisini məğlub edəcəyik. Onların oynama tərzi, nə qədər möhkəm oynamaları… Düşünürəm ki, onları saxlayıb məğlub edəcəyik”.
İngiltərə millisi ilə Argentina yığması arasında yarımfinal görüşü iyulun 15-də keçiriləcək. Bu cütün qalibi finalda Fransa – İspaniya matçının güclüsü ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



