
“Ağladıq, əziyyət çəkdik, bir-birimizə sarıldıq”
DÇ-2026-nın yarımfinalında İngiltərə millisini 2:1 hesabı ilə məğlub edərək finala yüksələn Argentina yığmasının mətbuat xidməti emosional paylaşım edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, milli komandanın sosial şəbəkə hesabında yayımlanan paylaşımda komandanın finala yüksəlməsinin böyük sevinc yaratdığı vurğulanıb:
“Ağladıq, əziyyət çəkdik, bir-birimizə sarıldıq. Komanda yenidən arzumuzu gerçəkləşdirdi. Biz dünya çempionatının finalındayıq”.
Argentina yığması dünya çempionatının finalında İspaniya millisi ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 19-da keçiriləcək. Turnirin üçüncü yer uğrunda oyununda isə İngiltərə və Fransa milliləri qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



