Amerika çempionu “Atletiko” ilə müqavilə imzalayacaq – bu həftə

Argentina milli komandasının və “Udineze”nin yarımmüdafiəçisi Rodriqo De Paul karyerasını İspaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, “Atletiko” ilə razılaşan 27 yaşlı yarımmüdafiəçi bu həftə madridlilərlə müqavilə imzalayacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Tərəflər arasında əldə olunan razılaşmanın detalları məlum deyil.

“Atletiko” argentinalı futbolçunun keçidini çərşənbə və ya cümə axşamı günü açıqlayacaq.

Rodriqo Argentina yığması ilə bu il keçirilən Amerika kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button