Argentinalı dünya çempionu vəfat etdi

Argentina milli komandasının sabiq hücumçusu Lepoldo Luke vəfat edib.

Komanda.az xəbər verir ki, 71 yaşlı keçmiş futbolçu infarkt keçirib. Luke daha əvvəl koronavirusa yoluxduğu üçün xəstəxanada müalicə alırdı.

Luke Argentina yığmasında 45 oyuna 22 qol vurmuşdu. O, yığma ilə DÇ-1978-in qalibi olub. Hücumçu “River Pleyt” komandası ilə 5 dəfə də Argentina çempionu adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button