Messi üçün ölməyə hazırdır

Argentina milli komandasının futbolçusu Emiliano Martines maraqlı açıqlama ilə gündəmə gəlib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Martines, komandanın kapitanı Lionel Messinin yığma ilə dünya çempionu olması üçün çalışacağını deyib:

“Messi üçün ölməyə hazıram. 4-5 ay əvvəl onunla Amerika kubokunu qazanacağımı dedim və bacardıq. Braziliyalılar belə, Messi üçün Argentinanın qazanmasını istədi. İndi növbədə dünya çempionatı var”.

Messi Argentina yığması ilə ilk kubokunu bu il qazanıb. Yığma Amerika kubokunun qalibi olub.