“Onun burda uğurlu mövsüm keçirəcəyinə inanıram” – Varan

İspaniyanın “Real” klubunun müdafiəçisi Rafael Varan komandanın yeni qapıçısı Alfons Areola ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu, həmyerlisi ilə bağlı bunları deyib:

“Alfonsla müəyyən söhbətimiz oldu. O, “Real”a keçdiyi üçün sevinir. Düşünürəm ki, burda çox yaxşı qarşılanır. Futbolda hər şey mümkündür. Onun komandada mütəmadi oynayıb-oynamayacağını zaman göstərəcək. Areolanın keyfiyyətlərinə yaxşı bələdəm. Onun burda uğurlu mövsüm keçirəcəyinə inanıram. O, buna hazırdır. Onun bacarığına inanırıq və yeni komandasında rahat olması üçün əlimizdən gələni edəcəyik”.

26 yaşlı qapıçı cari mövsümü icarə əsasında “kral klubu”nda keçirəcək.