Arda Gülər bu il forma geyinməyəcək

“Real”ın yarımmüdafiəçisi Arda Gülər ​​2023-cü ildə meydana çıxa bilməyəcək.

Komanda.az AS-a istinadən xəbər verir ki, Madrid klubu 18 yaşlı futbolçunun sağalması üçün tələsmək istəmir və hesab edir ki, oyunçuya sağalmaq üçün vaxt verilməlidir.

Türkiyəli futbolçu hələ heç vaxt “kral klubu”nun heyətində matça çıxmayıb. İyulda o, menisk zədəsi alıb, sentyabr və noyabr aylarında isə əzələ zədələnməsi diaqnozu qoyulub.

Gülər ​​2023-cü ilin iyulunda “Fənərbaxça”dan “Real”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button