“Arbeloanın “Real”da öz dəyərini göstərməsi mümkün deyil”

“Real”ın sabiq oyunçusu Xose Mariya Qutyerres (Quti), baş məşqçi Alvaro Arbeloanın Madrid klubundakı vəziyyəti barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“O, “zəhərli konfet” aldı, mövsümün ortasında çoxlu zədəli oyunçusu olan bir komandaya gətirildi. Bu şəraitdə onun öz dəyərini göstərməsi mümkün deyil. Lakin mən Arbeloanı yaxşı tanıyıram və ümid edirəm ki, lazımi şərait olmadan belə, uğur qazana bilər”.

Arbeloa bir müddət əvvəl “Real”ın baş məşqçi postunda Xabi Alonsonu əvəz edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button