
Arbeloanın gəlişi “Real”da atmosferi dəyişib
“Real”da Xabi Alonsonun baş məşqçi postundan ayrılmasından sonra atmosfer xeyli yaxşılaşıb.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, yeni çalışdırıcı Alvaro Arbeloa rəhbərliyində komandada pozitiv dəyişikliklər hiss olunur.
Lal Liqanın 21-ci turunda Madrid klubu “Vilyarreal”ı 2:0 hesabı ilə məğlub edib.
“Real”a yaxın şəxslər indi komandada gərginliyin azaldığını, ruh yüksəkliyinin artdığını vurğulayırlar. Əvvəlki dövrdə – Xabi Alonsonun rəhbərliyi altında futbolçular arasında müəyyən gərginlik müşahidə olunurdu.
Belə görünür ki, Arbeloanın gəlişi komandaya yeni nəfəs gətirib və “Real” La Liqada irəliləmək üçün yaxşı motivasiya qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



