
ÇL: “Vaxtı gələndə “Mançester Siti” ilə oyuna tam hazır olacağıq”
“Real”ın baş məşqçisi Alvaro Arbeloa UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasını şərh edib. Püşkatmanın nəticələrinə görə, Madrid klubu “Mançester Siti” ilə qarşılaşacaq.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Arbeloa, bu qarşılaşmanın həyəcanlı olacağını söyləyib:
“Bunlar iki böyük klub arasında həyəcanlı matçlar olacaq. “Real”ın azarkeşləri rəqiblərin keyfiyyətinə görə bu oyunlardan həqiqətən zövq alırlar. Vaxtı gələndə tam hazır olacağıq”.
“Real” və “Mançester Siti” arasında ilk oyun martın 11-də, Madriddə keçiriləcək. Cavab oyunu isə 17 martda, Mançesterdə olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



