Arbeloadan “Xetafe”yə məğlubiyyət haqda açıqlama

“Real” İspaniya çempionatının 26-cı turunun son oyununda dünən “Xetafe”yə məğlub olaraq (0:1), daha bir uğursuzluğa düçar olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun baş məşqçisi Alvaro Arbeloa nəticədən məyus olduğunu bildirib:

“Düşünürəm ki, rəqibimizdən daha çox şansımız var idi. Amma futbol şanslar deyil, qollardır. Rəqib bizi heç də təəccübləndirmədi, onlar tam gözlənildiyi kimi oynadılar”.

Məğlubiyyət nəticəsində bu turda qələbə qazanan lider “Barselona” ilə xal fərqi 4-ə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button