
Arbeloa azarkeşlərə səsləndi
“Real”ın baş məşqçisi Alvaro Arbeloa “Mançester Siti” ilə keçiriləcək UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu barədə fikirlərini bölüşüb.
İlk qarşılaşma martın 11-də, Madrid şəhərindəki “Santyaqo Bernabeu”da baş tutacaq. Komandalar arasında cavab oyunu isə altı gün sonra İngiltərədə keçiriləcək.
Komanda.az xəbər verir ki, Arbeloa “Selta” üzərində La Liqa çərçivəsində qazanılan 2:1 hesablı qələbədən sonra təşkil olunan mətbuat konfransında azarkeşlərin rolunu xüsusi vurğulayıb:
“Martın 11-də bizə azarkeşlərin dəstəyi lazım olacaq. “Mançester Siti” çox ciddi rəqibdir. Azarkeşlər bizim tərəfimizdə olanda biz daha güclü oluruq”.
Madrid təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsində “Benfika”nı iki oyunun cəminə görə 3:1 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin


