“Araz” qrupunun ən reytinqli komandasıdır” – Fərzəliyev

Futzal üzrə UEFA Çempionlar Liqasında mübarizə aparacaq “Araz”ın rəqibləri bu gün müəyyənləşib.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Kampuksen Dinamo” (Finlandiya), “Raba” (Latviya) və “Europa” (Cəbəllütariq) komandaları ilə qarşılaşacaq.

Bəs püşklə bağlı ölkə çempionunun kapitanı Rizvan Fərzəliyev nə düşünür? Təcrübəli futzalçı bu barədə Futzal Federasiyasının rəsmi saytına açıqlama verib:

“Klublarla bağlı hansısa məlumatım yoxdur. Püşk bu gün atıldı, yəqin ki, internet vasitəsilə müəyyən informasiyalar əldə edəcəyik, oyunlarına baxacağıq. Texnalogiyanın inkişafı bizə bu imkanı yaradıb.

“Araz” qrupunun ən reytinqli komandasıdır. Bu da bizim favorit olmağımıza işarədir. Təbii ki, meydanda vəziyyət dəyişə bilər. Çalışmalıyıq ki, ümidləri doğruldaq. Qarşıya qoyulacaq məqsəd mərhələ adlamaq, mübarizəni əsas mərhələdə davam etdirmək olacaq. Yəqin ki, yaxın günlərdə hazırlıq planı açıqlanacaq. Ciddi hazırlaşmalıyıq.

Onu da deyim ki, oyunların keçiriləcəyi Latviyada bir neçə dəfə olmuşuq və bu ölkənin millisi ilə yoldaşlıq matçları keçirmişik. Yəni məkan bizim üçün tanışdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button