
“Araz-Naxçıvan”ın 4 futbolçusu “Sumqayıt”la matçı buraxacaq
Azərbaycan Premyer Liqasının 29-cu turunda “Sumqayıt”la qarşılaşacaq “Araz-Naxçıvan” oyunöncəsi son məşqini keçirib.
Komanda.az xəbər verir ki, komanda üzvləri Mərdəkan qəsəbəsində yerləşən milli komandaların məşq bazasında bir saata yaxın baş məşqçinin tapşırıqlarını icra ediblər.
Zədəli futbolçulardan Miço Kuzmanoviç, Ayyub Allaş, Mustafa Əhmədzadə, Bəxtiyar Həsənalızadə və Ramin Nəsirlinin müalicəsi davam edir.
“Araz-Naxçıvan” – “Sumqayıt” oyunu bu gün saat 18:00-da, “Liv Bona Dea”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



