
“Araz-Naxçıvan”dan yeni transfer
UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” heyətinə daha bir hücumçu dəvət edib.
Azərbaycan Futzal Federasiyasından Komanda.az-a verilən məlumata görə, ölkə çempionu braziliyalı forvard Pedro Torreslə anlaşıb.
O, komandaya ancaq Çempionlar Liqasının oyunlarında kömək edəcək. Pedronun adı artıq UEFA-ya göndərilmiş ilkin siyahıya daxil edilib.
23 yaşlı futzalçının son klubu Qazaxıstan “Bayterek”i olub. O, 9 oyunda iştirak edib, 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



