“Araz-Naxçıvan” Özbəkistan millisinin hücumçusu ilə anlaşıb

“Araz-Naxçıvan” futzal klubu Özbəkistan millisinin hücumçusu Husniddin Nişonovla anlaşıb.

Klubdan Komanda.az-a verilən məlumata görə, 25 yaşlı futzalçı ölkəsinin BMB kubundan icarəyə götürülüb.

Razılığa əsasən, o, UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunları zamanı “Araz-Naxçıvan”a kömək edəcək. Husniddin Nişonov avqustun 5-də yeni komandasına qoşulacaq.

“Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serbiyalı Ninoslav Aleksiç və xorvatiyalı Luka Pavloviçi heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button