“Araz” Rumıniya çempionuna qalib gəldi

“Araz” (Naxçıvan) futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ikinci oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi Rumıniya çempionu “Yunayted Qalati” ilə qarşılaşıb. Oyun Naxçıvan klubunun qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, “Araz” qrupdakı ilk görüşündə Ukraynanın “Uraqan” komandasına 1:2 hesabı ilə uduzmuşdu.

Futzal, Çempionlar Liqası, əsas mərhələ, 2-ci tur

29 oktyabr

Araz – Yunayted Qalati (Rumıniya) 5:3
Qol: D.Qustavo, 3:30; 35:88. Maneka, 5:20. M.Borges, 19:43. Felipinyo, 36:50 – D.Arauxo, 6:58; 16:48; 36:37.
Hakimlər: Deyan Veseliç (Sloveniya), Ozan Soykan (Türkiyə), Yosip Barton (Şimali Makedoniya)
Timekeeper: Denis Kutsi (Ukrayna)
Hakim-inspektor: Patrik Villemark (Belçika)
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya)

Araz: 12. Rövşən Hüseynli (k), 13. Amir Şocaeyi, 11. Xətai Bağırov, 17. Felipinyo, 6. David Qustavo, 1. Emin Kürdov, 15. Hadi Ahmadi, 7. Ramiz Çovdarov, 8. İsa Atayev, 9. Maneka, 14. Murilo Borges, 18. Nurlan Mehdizadə, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.

Yunayted Qalati: 12. Toni Tonita, 4.Konstantin Burdujel (k), 8. Sergey Takot, 9. Oktavian Kires, 14. Daniel Arauxo, 2. Alin-Robert Kardei, 1. İonut Paduraru, 5. Daniel-Kosmin Petiça, 6. Lukas, 7. Marius Andrey Arhire, 11. Robert Krişan, 13. Florin İqnat, 17. Rares Oana.
Baş məşqçi: Florin İqnati.

Xal durumu: Ligeni – 3, Uraqan – 3, Araz – 3, Yunayted Qalati – 0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button