“Araz-Naxçıvan” daha bir braziliyalını transfer etdi

UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” klubu daha bir futzalçı ilə anlaşıb.

Komanda.az xəbər verir ki, ölkə çempionu Martin Qimaraeş Junior Sinesio ilə müqavilə imzalayıb. Son klubu Qazaxıstan “Atırau”su olan 27 yaşlı braziliyalının ampluası müdafiəçidir.

“Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, Oqtay Rüstəmli, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Joze Eduardo De Moura, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də, müqaviləsi başa çatan Murilo Borqes, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button