“Araz-Naxçıvan” bu gün Serbiya klubu ilə qarşılaşacaq

“Araz-Naxçıvan” futzal komandası bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçisi olduğu komanda 5-ci qrupdakı ikinci görüşündə Serbiya “Loznika Qrad”ı ilə üz-üzə gələcək.

Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da oynanılacaq oyun saat 19:30-da başlayacaq. Qrupun digər görüşündə Bosniya və Herseqovina “Mostar”ı İsveç “Erebru”su ilə qarşılaşacaq.

“Araz Naxçıvan” ilk oyunda “Erebru”ya 2:5 hesabı ilə uduzub.

Çempionlar Liqası, əsas mərhələ, 2-ci tur

27 oktyabr

19:30 Loznika Qrad (Serbiya) – Araz-Naxçıvan (Azərbaycan)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button