“Araz” ilk oyunda məğlub oldu

Futzal üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, “Red Line”nin rəqibi “Premier” komandası oyuna gəlmədiyinə görə, ilk matç baş tutmayıb.

Günün ikinci oyununda isə kubokun 2 il əvvəlki sahibi “Marafon” “Atletiko Baku” üzərində inamlı qələbəyə sevinib. Gözlənilməz nəticə isə “Araz” – “Baker Tilly” görüşündə qeydə alındı. Son çempion bu oyundan məğlubiyyətlə ayrılıb. Günün son oyununda eyni liqanın təmsilçiləri – “Advokat”la “Star kargo-2” üz-üzə gəlib. “Advokat” bu oyundan məğlub ayrılıb.

Yeri gəlmişkən, bütün oyunlar azarkeşsiz keçirilib. Bu mərhələnin iki qarşılaşması da təxirə salınıb. Söhbət “Neftçi” – “Badamlı” və “Nəqşicahan” – “Baku Fans” görüşlərindən gedir.

Azərbaycan kuboku, 1/8 finalın ilk oyunları

11 mart

Marafon – Atletiko Baku 6:0

Araz – Baker Tilly 6:7

Advokat – Star kargo-2 3:5

Martın 12-də “Olimpik Star”da daha iki oyun keçiriləcək:

19:45. EKOL – Standard
21:15. Hövsan – Yurd MFK

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button