“Araz” Portuqaliya çempionuna da uduzdu

“Araz” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ikinci oyununu keçirib.

Komanda.az xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi komanda Portuqaliya çempionu “Benfika” ilə qarşılaşıb.

“Araz” ilk oyununda Belçika “Halle-Gooik”inə 1:5 hesabıyla uduzmuşdu. Azərbaycan çempionu ikinci oyunda daha böyük hesabla məğlub olub.

Futzal, Çempionlar Liqası, əsas mərhələ

10 oktyabr

Araz – Benfika (Portuqaliya) 0:7
Qol: A.Koelyo, 01:57. N.İsmayılov, 05:39-öz qapısına. Fits, 07:33; 35:20. Çaqinya, 31:13; 31:49. Tyago Brito, 34:20.
Hakimlər: Damian Yaruçeviçs (Polşa), Moşe Bohbot (İsrail), Nikola Yeliç (Xorvatiya)
Hakim-inspektor: Silvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Serxio Lopes-Andujar Alonso (İspaniya)