“Araz” çempion!

Bu gün futzal üzrə Yüksək Liqada həlledici oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, öncə üçüncü yer uğrunda oyun baş tutub.

Əzəli rəqiblər – EKOL-la “Neftçi” bu dəfə bürüncün taleyinə aydınlıq gətirib. Qarşılaşmada bütün qollar ilk yarıda vurulub. İkinci hissədə qapılara qol vurulmayıb və 4:2 hesabı ilə qələbə qazanan EKOL Yüksək Liqanın bürünc medallarına sahib çıxıb.

Finalda isə Azərbaycan çempionatının ən titullu komandası “Araz”la “Xəzər Cənub” üz-üzə gəlib. Bu oyunda isə ilk yarı qolsuz bitib. İkinci hissədə isə rəqibin azlıqda qalmasından istifadə edən “Araz” hesabı açıb. Amma cənublular bu topun əvəzini cəmi 8 saniyə sonra çıxıblar. Oyunun əsas vaxtında qalib müəyyənləşmədiyinə görə, komandalar hər biri 5 dəqiqədən ibarət əlavə iki hissədə mübarizə aparıb. Yalnız ikinci əlavə vaxtın sonlarına yaxın “Araz” ardıcıl üç qol vurmaqla çempionluğu aktivinə yazdırıb.

Beləliklə “Araz” 14-cü dəfə ölkə çempionu olub. Qarşılaşmadan sonra çempionatın qalibləri mükafatlarına qovuşublar.

Çempionatın ən yaxşı baş məşqçisi Joze Alesio Da Silva (“Araz”), ən yaxşı oyunçusu Vitali Borisov (“Neftçi”), ən yaxşı qapıçısı isə Rövşən Hüseynli (“Araz”) seçilib. Mövsüm ərzində 85 qol vuran “Xəzər Cənub”un hücumçusu Hadi Rezvan isə ölkə çempionatının bombardiri olub. Komandalara diplomları, medalları, çempiona kuboku AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim ediblər.

Yüksək Liqa

17 may

3-cü yer uğrunda oyun
EKOL – Neftçi İK 4:2
Qol
: N.Məmmədkərimov, 0:44; 09:50. F.Atakişiyev, 13:26; 15:08 – S.Şahnazi, 04:34. T.İsmayılov, 13:42.
Hakimlər: Mehman Mahmudov, Anar Fərəcov, Ramil Namazov.
Bakı İdman Sarayı. Saat 14:30.

Final
Araz – Xəzər Cənub 4:1
Qol
: M.Neyməti, 25:14. İ.Atayev, 48:37. R.Fərzəliyev, 48:46. N.İsmayılov, 49:47 – A.Şocayi, 25:22.
Hakimlər: Azər Əsgərov, Rahin Heybətov, Fuad Həsənov.
Bakı İdman Sarayı. Saat 17:00.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button