Araz Abdullayevli “Boluspor” evdə uduzdu

Futbol üzrə Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Giresunspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Araz da bu görüşün iştirakçısı olub. Lakin matçın 65-ci dəqiqəsində meydana buraxılıb.

21 oyundan sonra hesabında 19 xalı olan “Boluspor” 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button