Aquero Premyer Liqada rekorda şərik oldu

İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində “Çelsi”yə qarşı keçirdikləri oyun “Mançester Siti”nin futbolçusu Serxio Aquero üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, argentinalı hücumçu Premyer Liqada rekorda şərik olub. London təmsilçisinin qapısından 3 qol keçirən futbolçu, İngiltərə çempionatındakı het-trik sayını 11-ə çatdırıb. Bununla da, o, Alan Şirerə məxsus rekordu təkrarlayıb. Növbəti het-triki isə onu mütləq rekordçuya çevirəcək.

Qeyd edək ki, bu, Aqueronun cari mövsümdə 3-cü het-trikidir.