Aquero bunlarla öləcək – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola, Premyer Liqanın 25-ci turunda “Arsenal”ı məğlub etdikləri oyundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan Qvardiola, matçda hər 3 qolun müəllifi olan Serxio Aqueronu tərifləyib:

“Aquero hər komandanın ulduzu ola biləcək futbolçudur. O, bu bacarıqlarıyla doğulub, bunlarla da öləcək.

Üzərimizdəki təzyiqi hiss edirəm. “Nyukasl” matçından sonra “Liverpul”la fərq 7 xal idi, ancaq indi 2 xal fərqimiz var. Oyunlara tək-tək hazırlaşacağıq. Əlimizdən gələni etməliyik”.

“Mançester Siti” 25 turdan sonra 59 xalla 2-ci, bir oyun az keçirən “Liverpul” isə 61 xalla 1-ci pillədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button